İraqın baş naziri- Nuri Maliki BMT-dən öz səyini Xalq Mücahidləri Təşkilatı adlandırılan terrorçu münafiqlər qaragüruhu probleminin həlli və bu qaragüruhun üzvlərinin tez bir zamanda İraqdan çıxarılmaları üzərində təmərküzləşdirməsini istəyib.
Nuri Malikinin ofisi bir bəyanatda BMT baş katibinin İraqdakı nümayəndəsi- Martin Kuplerin Maliki ilə görüşməsinə işarə edərək, bu təşkilatın heyəti ilə İraq dövləti arasında daha artıq həmkarlıq və ahəngdarlığın olmasını istəyib.
Bu bəyanat Malikiyə istinadla əlavə edir: İraq və Küveyt məsələlərinin həllindən sonra BMT-dən istəyirik ki, öz səyini Xalq Mücahidləri Təşkilatı adlandırılan terrorçu münafiqlər qaragüruhu probleminin həlli və bu qaragüruhun üzvlərinin tez bir zamanda İraqdan çıxarılmaları üzərində təmərküzləşdirsin.
