DünyaXƏBƏRLƏR

Milli Şura mitinq üçün dörd yerdən birin istənmişdi, Bakı Şəhər İcra Hakimiyyəti müraciətinə cavab verildi

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 18 avqust mitinqi ilə bağlı müraciətinə cavab verib. Avqustun 16-da “Media forum” saytına danışan Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanov deyib: “Razılaşdırılmış aksiya keçirilməsi üçün bizə edilən müraciətə cavab verilib. Aksiyanın 20-ci sahədəki sürücülük məktəbinin meydançasında keçirilməsi təklif olunub”.

18 avqust mitinqi azad və ədalətli seçki şəraitinin təmin olunması tələbi ilə keçiriləcək. Paytaxt meriyasından avqustun 18-də saat 17-dən 20-dək keçiriləcək mitinq üçün dörd yerdən biri istənmişdi: “Dərnəgül” metro stansiyasının qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısındakı meydan, “Nərimanov” metro stansiyasının qarşısındakı meydan və 20-ci sahədə sürücülük məktəbinin meydançası.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu