İranda prezident seçkiləri namizədlərinin qeydiyyatdan keçmələrinin 4-cü günündə könüllülərin başqa bir qrupu qeydiyyatdan keçiblər.
İran İslam Respublikasında 11-ci prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatdan keçmələrinin 4-cü günü, bu gün cümə günü səhər elə bir halda başlanıbdır ki, İranın Daxili İşlər Nazirliyinin Seçkilər Ofisi üzrə Baş İdarəsinin müdiri Həsənəli Nuri qeydiyyatdan keçmənin üçüncü gününün sonuna qədər 243 nəfərin öz namizədliklərini irəli sürdüyünü bildirib.
İranda 11-ci prezident seçkilərinin namizədlərinin qeydiyyatdan keçmələri çərşənbə axşamı günü may ayının 7-dən başlanıb və şənbə günü 11 maya qədər davam edəcək
