Nüvə silahlarının məhvi, nüvə hədələrinin aradan qaldırılması

Qoşulmama Hərəkatı nüvə silahının işlədilməsinin insani miqyaslarının araşdırılması mövzusu ilə Meksika konfransının keçirilməsi münasibətilə yaydığı bir bəyanatda vurğulayıb: Nüvə silahından istifadə hədəsini aradan qaldırmaq üçün yeganə zəmanət, bütün bu silahların məhv edilməsidir.

Qoşulmama Hərəkatının Nyu-Yorkda yerləşən Koordinasiya Bürosu bu bəyanatda dünən və bu gün Meksikada keçirilən qeyd olunan konfransın təşkilini alqışlayaraq, BMT Baş Assambleyası sessiyasının ilkin sənədində tərksilah barədə deyilən nüvə silahlarının işlədilməsinin faciəli insani nəticələrini qeyd edibdir.
Bu beynəlxalq sənəddə deyilir: Bu gün insan öz nəslinin kəsilməsi kimi misli görünməmiş bir təhlükə ilə üz-üzədir, zira ən dağıdıcı silahın iri və rəqabətli toplusu ilə üzləşir.
Qoşulmama Hərəkatının bəyanatı hazırkı nüvə başlıqlarının mövcud olmasının dünyanı məhv etməyə kifayət edəcəyini vurğulayaraq, nüvə silahlarının təcili, geniş və dağıdıcı xətəri və iqtisadi mənbələr, təbiət və insanların sağlamlığı üzərində qoyacağı uzunmüddətli təsirlərindən öz şiddətli nigarançılığını bildirib.
Qoşulmama Hərəkatının BMT-dəki Koordinasiya Bürosu nüvə silahlarının tam tərksilahı hədəfinə çatmağın önəmini bir daha vurğulayaraq, nüvə silahından istifadə hədəsini aradan qaldırmaq üçün yeganə zəmanətin bütün bu silahların məhv edilməsi olduğunu bildirib.
Bu hərəkat nüvə tərksilahını dünya ictimaiyyətində ən mühüm prioritet adlandırıb və bütün dünya ölkələri tərəfindən nüvə tərksilahı öhdəliklərinin reallaşması və qanuni vəzifələrə təcili riayət olunmasını istəyibdir.
Bəyanatda həmçinin hər ilin 26 sentyabrının “Bütün nüvə silahlarının məhvi üzrə beynəlxalq gün” adlandırılmasına işarə edilərək, deyilir: Bu hədəfin irəliləyişinə kömək etmək üçün ümumi məlumat artmalı və nüvə silahlarının özləri ilə gətirdikləri hədələr barədə hazırkı nəslə təlim verilməlidir.
Bütün nüvə silahlarının aradan götürülməsi və nüvə silahları olmayan dünyanın müştərək hədəfinə çatmaq istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi vacibliyi Qoşulmama Hərəkatının Nyu-Yorkda yerləşən Koordinasiya Bürosunun bəyanatının yekun təkidir və onda ümidvarlıq edilibdir ki, 2018-ci ilədək BMT-də nüvə tərksilahı üzrə yüksək səviyyəli beynəlxalq bir konfrans təşkil olunsun.

↑
Mobil sürümden çık