Şimali Atlantika Alyansı NATO Ukrayna ordusunun müxaliflərə qarşı müdaxiləyə qoşulacağı təqdirdə Kiyev ilə əməkdaşlıqlarına yenidən baxacağını bildirib.
NATO-nun baş katibi Andres Foq Rasmussen bir bəyanat yayaraq, bildirib: Ukrayna dövlətindən istənilir ki, istənilən formada zorakılıqdan çəkinsin. Çünki, ordu müxaliflərə qarşı müdaxilə edərsə, bu məsələ həqiqətən NATO-nun bu ölkə ilə münasibətlərinə ciddi təsir buraxmış olacaq.
NATO ilə Ukrayna arasındakı əməkdaşlıqlara min doqquz yüz doxsan birinci ildən və Sovet İttifaqının dağılmasından, Ukraynanın müstəqilliyini elan etməsindən dərhal sonra start verilib.
