Obama Əbutalibinin Nyu-Yorka gəlişinə qadağa qoyulan layihəni imzalayıb

ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bir bəyanatda qeyd edib: İranın Birləşmiş Millətlər Təşkilatına təklif etdiyi nümayəndəsi Həmid Əbutalibiyə vizanın verilməməsinə dair konqresdə qəbul edilən qanun layihəsini prezident Barak Obama imzalayıb.

Amerika Konqresmenlərinin Əbutalibiyə viza rejiminin verilməməsi üçün ciddi-cəhdləri ardınca bu qanun layihəsi hazırlanıb və prezident Barak Obamanın imzası ilə icra olunmalıdır.
Amerika senatı 7 apreldə və ondan 3 gün sonra Amerika konqresmenləri konqresdə bir qanun layihəsi qəbul edərək İranın təklif etdiyi bu nümayəndənin ABŞ-a daxil olmasının əleyhinə çıxıblar.
Amerika konqresi çıxardığı bu qərarının səbəbini 1979-cu ildə ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsində Əbutalibinin iştirakı ilə əlaqələndirib.
Sözü gedən qanun layihəsinin həyata keçirilməsinin vacibliyi elə bir halda səsləndirilib ki, 1947-ci ildə BMT-nin qərargah mənzilində imzalanan razılaşmaya əsasən Amerika öhdəlik götürüb ki BMT qanunları və diplomatların fəaliyyətinə maneçilik törətməsin.
İran dövləti bu razılaşmada qeyd olunan maddələrə istinadən BMT-də bu mövzuya baxan əlaqədar komitəyə bir şikayət ərizəsi tənzimləyib.

↑
Mobil sürümden çık