Obama müharibə barəsində səsvermənin təxirə salınması üçün Konqresə müraciət edib

Xəbər agentlikləri Suriya planını Konqres qarşısında Obamanın məğlubiyyətdən qaçması üçün yol adlandırıblar.

Associated Press yazıb: Konqresdə Ağ Ev rəsmilərinin son çıxışı Konqresdə gülünc şəkildə məğlubiyyətin qarşısını almaq üçün hökumətin səylərinin bir hissəsidir.

Obama son televiziya müsahibəsində etiraf edib ki, Suriyada hərbi müdaxilə məqsədilə Konqresin himayəsini əldə etmək üçün aparılan mübarizədə məğlub olması mümkündür. Obama son müsahibəsində Konqresdən istəyib ki, Suriyaya hərbi hücum barəsində səsverməni təxirə salsın.

Suriyanın kimyəvi silahlarına beynəlxalq nəzarətlə əlaqədar Rusiyanın təklifinin Suriya tərəfindən, eləcə də bir çox ölkələr tərəfindən müsbət qarşılanması ilə praktiki olaraq ABŞ çıxılmaz vəziyyətə düşüb.

Fransanın 5-ci telekanalı bildirib ki, bu təklif müharibə istəyən ABŞ və Fransanı təcrid edib.

↑
Mobil sürümden çık