ABŞ prezidenti Barak Obama rəsmi Dəməşqin Suriyada son kimyəvi hücumu ilə əlaqədar iddia barəsindəki bu ölkənin məlumatlarını nəzərə alaraq ABŞ-ın Suriyaya hərbi hücumdan istifadə etmək qənaətinə gəldiyini bildirib.
Bu elə bir haldadır ki, Suriya baş naziri bu ölkə ordusunun ABŞ-ın təcavüzü ilə qarşılaşmaq üçün tam hazır olduğunu bildirmişdir.
Barak Obama şənbə gecə Ağ Evdə çıxışında Suriyaya ehtimal olunan hücum barəsində deyib: Biz münasib zamanda Suriyaya hücuma hazırlaşacağıq. Mən Suriyaya hücum göstərişini verməyə hazıram və təklikdə bu işi yerinə yetirə bilərəm. Lakin Suriyaya hücum istiqamətində Konqresin icazəsini almağa çalışacağam.
O eyni zamanda zəif mövqeyində bildirib: Suriyaya hücum məhdud olacaqdır və mümkündür bir gün və ya bir həftə və yaxud bir ay təxirə salınsın.
Obama iddia edib ki, Suriyada kimyəvi silahlardan istifadə 21-ci əsrdə ən dəhşətli hərəkətdir və biz bu kimyəvi hücum amillərini cəzalandırmalıyıq.
O həmçinin ABŞ müttəfiqlərindən onu bu məsələdə himayə etmələrini istəyib və deyib: Biz Dəməşqdə baş verənlərə göz yummayacağıq.
Heç bir araşdırma və nəticənin çıxarılmadığı bir halda BMT müfəttişlərinin Suriyadan çıxması ilə ABŞ hökuməti bir kəşfiyyat məlumatı yayaraq iddia edib ki, Suriya hökumətinin Dəməşqin ətrafına hücumda kimyəvi silahdan istifadə etdiyindən arxayındır və mümkün deyildir ki, bu hücumlar silahlı müxaliflər tərəfindən baş vermişdir.
Suriya hökuməti bir bəyanat verərək bu kəşfiyyat məlumatında irəli sürülən faktları saxta adlandırıb və bildirib ki, ABŞ-ın iddia etdiyi faktlar saxta dastanlar və terrorçuların yalanlarıdır.
ABŞ hökumətinin kəşfiyyat məlumatının məzmunu nədən ibarətdir?
Bu məlumatda bildirilir: ABŞ hökuməti dəqiqliklə dəyərləndirir ki, Suriya hökuməti 2013-cü il 21 avqust tarixində Dəməşqin ətrafında kimyəvi silahlardan istifadə edib və belə qiymətləndirilir ki, daha çox sinir-əsəb qazından istifadə olunub. Bu dəyərləndirmə insan məlumatı, nişanələr, peyk məlumatları və müstəqil məruzəçilərin məlumatlarının toplusundan çıxarılmışdır…Davamında bildirilir ki, ABŞ-ın təhlükəsizlik qurumunun bu barədə qeyri-gizli nəticəsinin ixtisarıdır.
Bu məlumatın bir hissəsində bildirilir ki, Suriya hökuməti kimyəvi maddələr, imkanlar, vasitələr və potensialına malik yeganə qrupdur. Son vaxtlar Bəndər Bin Sultanın başçılıq etdiyi Ərəbistan Təhlükəsizlik Təşkilatı Suriyada, xüsusilə də şərqi Qutə məntəqəsində kimyəvi silahlardan geniş miqyasda istifadə olunması barəsində bir çox məlumatlar verib. Daha pisi odur ki, bu silahlarla əlaqədə olan şəxslərin açıqlamalarına əsasən bu silahlar ixtiyarında olan terrorçular ondan istifadə barəsində heç bir məlumata malik olmayıblar. Və bu şəxslərin məlumatsızlığı və səhlənkarlığı bir neçə partlayışın baş verməsinə səbəb olub. Təkcə şərqi Qutədə bir tuneldə bu silahların anbarında baş verən partlayışda 13 nəfər həlak olub.
Bu məlumatda bildirilir ki, ABŞ hökuməti müxtəlif mənbələrdən, xüsusilə peyk görüntülərinə əsasən 21 avqust kimyəvi hücumundan 3 gün öncə məlumatlı idi ki, Suriya ordusu kimyəvi hücumu icra etməyə hazırlaşır.
İndi bu sual ortaya çıxır ki, ABŞ hökuməti bu hücum baş verməzdən öncə Suriya hökumətinə nə üçün xəbərdarlıq etmədi; Yaxud əlaqədar faktları və məlumatları yayımlamaqla və BMT müfəttişlərinin Suriyaya daxil olduqları zamanda və yaxud ixtiyarında olan çoxlu imkanlardan istifadə etməklə bu hücumun baş verməsi və insanların canının təhlükəyə düşməsinin qarşısını almadı? Halbuki amerikalıların öz iddiasına əsasən 1429 nəfər, o cümlədən 426 uşaq bu hücumda həlak olub. Əgər ABŞ-ın ixtiyarında dəqiq faktlar vardısa, mütləq onları yayımlamaqla kimyəvi hücumun baş verməsini qarşısını ala bilər və bir çox insanın canını təhlükədən qoruya bilərdi. Cavabında demək lazımdır ki, təəssüflər olsun ki, belə olmamışdır və bu məlumat faktlara əsasən olmaq əvəzinə daha çox əsassız ittihamlar səviyyəsindədir.