Amerikada aparılan son rəy sorğusunun bu gün açıqlanan nəticələrinə görə, ABŞ prezidenti Barak Obamanın xalq arasındakı imici minimum həddə yəni, 37%-ə qədər azalıb.
CBC Nyus telekanalı tərəfindən həyata keçirilən bu rəy sorğusunun nəticələrindən aydın olur ki, amerikalıların 57%-i öz prezidentlərinin siyasətlərini himayə etmir.
Bu məlumata görə, oktyabr ayının sonlarında “Wall Street Journal”-ın əməkdaşlığı ilə həyata keçirilmiş oxşar rəy sorğusu zamanı amerikalıların 48%-i Barak Obamanın siyasətlərindən narazılıq etmişdi.
Barak Obamanın ABŞ xalqı yanındakı imicinin belə bir sürətlə azalmasının səbəbi isə səhiyyə sığortaları ilə əlaqədar aparılan “Obamacare” adlı islahatlar elan olunub.
Bu məlumata görə, bu rəy sorğusu 15-18 noyabr tarixində telefon vasitəsilə həyata keçirilib. Rəy sorğusunda iştirak edən respondentlərin sayı 1010 nəfər olub.