Etirazçılar İohanessburq universitetinin qarşısında Amerikanın bayrağını yandıraraq, ABŞ-IN xarici siyasəti əleyhinə öz hiddətlərini ifadə ediblər.
Aksiyaçılar Vaşinqtonun İsrail rejimini dəstəkləməsi, ABŞ-ın pilotsuz təyyarələri tərəfindən günahsız insanların qırğın olunmaları və Quantanamo körfəzində Amerika məhbəsinin fəaliyyətinin davam etməsi ilə müxalifətlərini bildiriblər.
Bəzi etirazçılar Obama dövlətinin İsrail rejimini dəstəkləməsini Cənubi Afirkadakı aparteid rejiminə bənzədiblər.
Bundan əlavə, Cənubi Afrika Azad Fələstin Təşkilatına üzv fəallar əllərində Fələstinin bayrağı və plakatlar tutublar. Plakatların üzərində Obamadan istənilimişdi ki, “İsrail aparteidinə maliyyə himayəsi”ni dayandırsın.
Obama və onun ailəsi cümə günü üç Afrika ölkəsinə olan səfərlərinin ikinci mərhələsində Cənubi Afrikaya daxil olublar. Hesablamalara görə, bu səfər amerikalı vergi ödəyənlər