Çərşənbə axşamından bəri Amerikanının şimal şərq məntəqələrini öz əhatəsinə alan qar və boran Pensilvaniya ştatında yarım milyon əhalinin işıqsız qalmasına səbəb olub.
Ştat rəhbərliyi və Amerikanın hava proqnozları idarəsi bildirib ki, son iki ay ərzində ağır qar və kəskin şaxta nəticəsində ölkənin şərq ştatları üçüncü dəfə olaraq ciddi problemlərlə qarşı-qarşıya durublar.