Olaylar qəzetinin rəzilliyi
Bakıda hakimiyyəti təbliğ edən bədnam olaylar qəzetinin rəzilliyi Azərbaycan Respublikasının müsəlman xalqı və eləcə də Azərbaycan Respublikası XİN-in etirazına səbəb olub.
Azərbaycan Respublikası dindarları müxtəlif vasitələrlə o cümlədən Facebook-da Olaylar qəzetinin rəzilliyinə etiraz edib onun möhkəm cavablandırmasını da Beynəlxalq SƏHƏR kanalından tələb etmişlər.
Bu əsnada Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin “Olaylar” qəzetində dərc edilmiş mənfur məqalə ilə əlaqədar açıqlama verib.
Qurumun rəsmi sözçü deyib : “Xarici İşlər Nazirliyi “Olaylar” qəzetinin 17 aprel 2013-cü il tarixli nömrəsində dərc edilmiş məqalə ilə əlaqədar təəssüf edir, bunun qəbuledilməz sayır və Azərbaycan Respublikasının mövqeyini əks etdirmədiyini bildirir. Azərbaycan və İran dövlətləri arasında siyasi, iqtisadi, mədəniyyət və sosial sahələrdə münasibətlər genişlənməkdədir. Xalqlarımız ortaq tarix, mədəniyyət və dinə sahibdir. Bütün bunlara baxmayaraq, son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrə qeyri-dost münasibət bəsləyən qüvvələrin baş qaldırması müşahidə olunur. Dövlətlərimiz arasındakı dostluq və qonşuluq münasibətlərinin inkişafını gözü götürməyən və hər vəchlə ikitərəfli əlaqələrə kölgə salmaq istəyən bəzi dairələr tərəfindən məqsədyönlü şəkildə ciddi və ardıcıl səylər həyata keçirilir”.
Azərbaycan Respublikası XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Olaylar qəzetinin rəzilliyinə reaksiyasında əlavə edib : “Yaranmış vəziyyət Azərbaycan və İranın ali dövlət maraqları ilə ziddiyyət təşkil edir və iki ölkənin yaxın qonşuluq münasibətlərinə yaraşmır.”
Elman Abdullayev deyib : “Əminik ki, hər iki ölkənin mətbuatındakı xoşagəlməz hallara son qoyulacaq, iki ölkə arasında nifaq yaratmaq istəyən qüvvələr ifşa olunacaqdır. Azad mətbuata hörmətlə yanaşaraq, hər iki ölkənin kütləvi informasiya vasitələrini münasibətlərimizə zərər gətirən hallardan çəkinməyə və Azərbyacan-İran münasibətlərinə dair məsələlərə daha diqqətlə yanaşmağa çağırırıq.”
Qeyd edək ki, “Olaylar” qəzetinin dünənki sayında Mənsur Rəğbətoğlunun imzası ilə İran əleyhinə təhqir dolu məqalə dərc edib.
Qeyd edək ki, rəsmi Bakı özü də son günlərdə Bakıda anti İran separatçı toplantının təçkilinə icazə verdiyi üçün xalq tərəfindən sərt tənqid olunub və İran isə rəsmən buna etiraz edib.