Misirdə Məhəmməd Morsinin hakimiyyətdən kənar edilməsinin ardınca bu ölkənin müxtəlif məntəqələrində baş vermiş gərginliklər və partlayışlarda ən azı 1500 nəfər həlak olub.
İRİB-nin Röyters Xəbər Agentliyinə istinadən Qahirədən verdiyi məlumata görə həlak olanların əksəriyyəti Misir və Müsəlman Qardaşları qrupunun kənarlaşdırılmış prezidenti Məhəmməd Morsinin tərəfdarı olan etirazçılardan olublar. Bu məlumata əsasən Misirin təhlükəsizlik qüvvələri bu müddətdə Müsəlman Qardaşları qrupunun minlərlə üzvünü və rəhbərlərini həbs ediblər. bu elə bir haldadır ki, Məhəmməd Morsi və Müsəlman Qardaşlarının bəzi yüksək səviyyəli rəhbərləri qırğın , terrorizm və casusluq ittihamlarına görə Misirdə mühakimə edilirlər.