Avropa-İran Ticarət Mərkəzi Başçısı Şahruh Mirzə Hüseyni, bir çox Avropa ticarət heyətinin investisiya etmək üçün İrana gələcəyini söylədi.
Bu gün media mənsublarıyla bir araya gələn Avropa-İran Ticarət Mərkəzi Başçısı Şahruh Mirzə Hüseyni, İranın ixrac həcmini artırmaq, texnologiya ötürülməsi və investisiya kimi mövzuların Avropa-İran Ticarət Mərkəzinin gündəmində olduğunu söylədi.
Mirzə Hüseyni mədən və mədən sənaye kimi sahələrdə Avropa-İran Ticarət Mərkəzinin fəaliyyət göstərəcəyini toxunaraq, dağ-mədən sahəsində fəaliyyət göstərən bir Alman firmasının İranla ortaq investisiya etmək üçün İranı ziyarət edəcəyini ifadə etdi.
Yaxın zamanda onlarla ticarət heyətin iqtisadi əməkdaşlıq üçün İrana gələcəyini ifadə edən Mirzə Hüseyni, bu heyətlərlə İrana gələn sərmayəçilərə İran əyalətlərində sərmayə qoymaları üçün lazım olan məlumatların veriləcəyini də qeyd edərək, Sentyabr ayında da Macarıstanlı bir ticarət heyətin İranlı tacirlərlə danışıqlar etmək və iqtisadi sahədə sözleleşmeler imzalamaq üçün İranı ziyarət edəcəyini bildirdi.