Minlərlə bəhreynli paytaxt Manamada aksiya təşkil edərək, diktatorluğa son qoyulmasını istəyib.
Əl-Aləm kanalının məlumatına görə, narazı xalq kütləsi bazar günü Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirərək, siyasi məhbusların dərhal azad edilməsini tələb ediblər.
Aksiya iştirakçıları daha sonra öz məqsədlərinə nail olana kimi mübarizələrini davam etdirəcəklərini bildiriblər.
Bu etiraz aksiyasında iştirak edənlər həmçinin beynəlxalq təşkilatlardan istəyiblər ki, Bəhreyn xalqının Ali-Xəlifə rejiminin zülmündən xilas olması üçün səylərini əsirgəməsinlər.