DünyaXƏBƏRLƏR

Minlərlə amerikalı Snowdeni milli qəhrəman adlandırıb

ABŞ-ın Milli Təhlükəsizlik Təşkilatının qalmaqallı casusluq proqramının ifşaçısı Eduard Snowdenin əfvi üçün Ağ Evə təqdim olunan bir müraciət bu ölkənin yüz minlərlə vətəndaşının imzasını toplaya bilmişdir. Bu müraciət qanuni şəkildə Ağ Evi bu məsələni araşdırmağa və onu cavablandırmağa məcbur edəcək.

İRNA-nın məlumatına görə, bu müraciətdə bildirilib ki, Eduard Snowden milli qəhrəmandır və dərhal tam şəkildə bağışlanmalıdır. Bu müraciət iki həftə öncə Ağ Evə təqdim olunub.

Ağ Ev qanuni şəkildə 100 mindən çox imzası olan müraciətə cavab verməlidir.

Təhlilçilərin bildirdiyinə görə, Snowdeni xain kimi təqdim etməklə bağlı ABŞ hökumətinin səyinin əksinə olaraq bu ölkənin əksər vətəndaşı onu milli qəhrəman adlandırır.

Eduard Snowden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi MKİ-nin sabiq işçisi və texniki podratçısıdır. Snowden ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin çox gizli proqramlarının məlumatlarını, o cümlədən Prizm adı altında dinləmə proqramını Qardian və Vaşinqton Post qəzetlərinə təqdim edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu