İAEK Başçı Köməkçisi Əli Əsgər Zarean, İranın nüvə fəaliyyətləri heç bir sahədə durmayacağını vurğuladı.
Arak ağır su qurğuları və laboratuarlarını gəzdikdən sonra jurnalistlərə açıqlama verən Zarean, nüvə sənaye sahəsində fəaliyyətlərin heç bir zaman durmayacağını ifadə etdi.
Zarean, edilən qısa və uzun müddətli proqramlara görə, keçmişdə olduğu kimi, gələcəkdə də nüvə sahədə yeni kazanımlara şahid olacaqlarını vurğuladı.
Zarean, İAEK’nun strategiyaları və siyasətləri açıq və şəffaf olduğunu və təşkilat olaraq gözlənilən nəticələrə çatana qədər böyük bir əzm və iqtidarla yola davam edəcəklərini qeyd etdi.