İngiltərə Suriyada kimyəvi silahdan istifadəni pisləyən qətnamə layihəsini BMT TŞ-ə təqdim edib. Rusiya və Çin nümayəndələri isə etiraz olaraq, iclası tər ediblər.
Bu arda Suriyanın xarici işlər naziri ABŞ- ın suriyaya hücaum edəcəyi təqdirdə, mütəcavizlərə gözlənilməz zərbələrin endiriləcəyini deyib.
İngiltərənin Kanterberi məntəqəsinin baş yepiskopu da bu ölkənin baş naziri- Devid Kamerondan istəyibdir ki, Suriyaya qarşı hərbi addım barədə qərar çıxarmağa tələsməsin. O, xəbərdarlıq edib ki, bu hərbi addım islami ölkələrdə təsəvvürolunmaz nəticələrə gətirib çıxara bilər. Bəşşar Əsəd təhdid edərək deyib: Əgər Amerika Suriyaya hücum edərsə, Vyetnam müharibəsindən bəri uğradığı məğlubiyyətlər qədər uğursuzluğa düçar olacaqdır.
Əsəd Moskvada çıxan İzvestiya qəzeti ilə müsahibədə əlavə edib: Dəməşq ətrafında kimyəvi hücum haqda Suriya ordusu əleyhinə ittihamlar siyasi ittihamlardır və Suriya ordusunun irəliləyişlərindən sonra irəli sürülübdür.