LivanXƏBƏRLƏR

Ərəbistan , təkfirilər və Sionist rejim ,Livana qarşı fəaliyyətlərini genişləndiriblər

 Livanda çıxan bir qəzet yazıb : Sionist rejim , təkfirilər və Ərəbistan Livana qarşı təxribat xarakterli fəaliyyətlərini genişləndiriblər.

Əl-Səfir qəzetinin yazdığına görə, sionistlərlə Ərəbistan arasında casusluq informasiyaları üzrə güclü koordinasiya mövcuddur və son aylar ərzində bu koordinasiya daha da güclənibdir . Belə ki, Sionist rejim və Ərəbistan, Suriyaya qarşı hərbi hücumun edilməsinə eləcədə İran və 6-lıq qrupunun nüvə müzakirələrinin səmərəsiz qalmasına israrlıdırlar.

Qəzetdə qeyd olunub : Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın etdiyi son çıxışı iki mühüm müraciət daşıyır :  Birincisi Hizbullah və Ərəbistanın arasındakı qarşıdurma , o birisi isə Livan Hizbullahına qarşı işlədilən fitnə , uydurma və təxrib xarakterli addımların atılmasıdır ki, bu da Sionist rejimin maraqlarına xidmət istiqamətindədir.

Qəzet əlavə edib : Əl-Riyyad  , Ərəbistan – Hizbullah arasındakı münaqişəni məzhəbi-dini problem kimi qələmə verməyə  çalışır.

Halbuki  bu tam siyasi bir savaşdır və Hizbullaha qarşı uydurmalar da , Sionist rejimin xeyrinədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu