AzərbaycanİranXƏBƏRLƏR

Pakayin: Azərbaycan tərəfinin istəmədiyi təqdirdə Aslandüz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi İranın iş gündəmindən çıxarılacaq

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri APA xəbər agentliyi ilə müsahibədə deyib: Azərbaycan tərəfinin maraqlı olmadığı təqdirdə Aslandüz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi məsələsi İranın iş gündəmindən çıxarılmış olacaq.

Möhsün Pakayin əlavə edib: İran Horadiz və Aslandüz sərhəd keçid məntəqəsinin istifadəyə verilməsi məsələsinə müsbət yanaşır. Amma, Azərbaycan tərəfindən bu istiqamətdə rəsmi tələb daxil olmayıb.
Səfir əlavə edib: Rəsmi tələbin daxil olması ilə işləri davam etdirəcəyik. Bu məsələdə hər iki tərəfin razılığı vacibdir. Biz qarşı tərəfin də bu işdə istəkli olduğunu görməliyik. Əks halda bu məsələ gündəmdən çıxarılacaq.
İran İslam Respublikasının Azərbaycandakı səfiri daha sonra vurğulayıb: Bu sərhəd keçid məntəqəsi, sərhədi piyada keçmək istəyənlər üçün nəzərdə tutulacaq. Nəqliyyat vasitələri isə öncədən olduğu kimi Biləsuvar, Astara və Culfa gömrük məntəqələrindən istifadə edə bilərlər.
Xatırladaq ki, Horadiz-Aslandüz sərhəd keçid məntəqəsi Fizuli Rayonunun Ermənistan tərəfindən 1993-cü ildə işğal edilməsinə kimi fəaliyyətdə olub. Lakin, bu məntəqənin işğal edilməsinin ardınca, bu sərhəd keçid məntəqəsinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılmışdı.
Bu məlumata görə, Horadiz-Aslandüz sərhəd keçid məntəqəsinin cari ilin yay fəslinin sonlarına kimi istifadəyə verilməsi gözlənilirdi. Lakin, Bakının bu işdə maraqsız davranmasına görə, hələ də istifadəyə verilməyib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu