İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri “Bugün.az” internet-informasiya protalı ilə müsahibədə deyib: Tikinti-quraşdırma işləri 2011-ci ildə başa çatan körpünün istifadəyə verilməsi təxirə salınıb.
Möhsün Pakayin İran və Azərbaycan Respublikası sərhədlərindəki vəziyyət barədə deyib: Hal hazırda İran və Azərbaycan arasındakı sərhəd keçid məntəqələrinin hamısı fəaliyyətdədir və heç bir problem yoxdur. Yalnız Culfa sərhəd keçid məntəqəsində məhdudiyyət var ki, bunun da səbəbi sərhəd keçid məntəqəsindəki körpünün köhnə və ağır tonnajlı maşınların istifadəsi üçün yararsız olmasıdır. Əgər biz çəkisi 30 tondan yuxarı olan yük maşınlarına ondan keçmək icazəsi versək, körpü zədələnə bilər.
İran səfiri əlavə edib: Culfa sərhəd keçid məntəqəsində quraşdırılan yeni körpü istifadəyə hazırdır və iki ölkə bu körpünün istifadəyə verilməsi barədə bir anlaşma sənədi imzalamalıdırlar. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır və müştərək sərhəd komissiyasının iclas təşkil etməsi üçün lazımi işlər görülməkdədir. Həmin sənədin imzalanmasından sonra tonnajından asılı olmayaraq bütün yük maşınları ondan istifadə edə biləcək.