Əl-Əqsa müəssisəsi Sionist İsrail rejminin Məscidül-Əqsa işlərinə və ya İslam vəqf idarəsinin işlərinə qarışması barədə xəbərdarlıq edib.
Əl-Əqsa vəqf və irs məsələləri üzrə müəssisə ötən gün (çəşənbə 25 dekabr) bir bəyanat yayaraq bildirib ki, Sionist İsrail və ona bağlı amilləri o cümlədən Knesset, Məscidül-Əqsaya zidd hərəkətlərini hər gün gücləndirirlər.
Bəyanatda deyilir, Məscidül-Əqsa yalnız müsəlmanlara aid olan bir məsciddir və yalnız onlar bu məscidə gəlib getmək haqqına malikdirlər.
Bəyanata əsasən, İsrail Knessetinin daxili işlər üzrə komitəsi ötən çərşənbə axşamı xüsusi bir iclasda, bu məsciddə İslam vəqf idarəsinin işlərini araşdırırıblar. Knesset üzvləri, islam vəqf idarəsinin Məscidül-Əqsanın dağıdılması kimi boş iddialar irəli sürüblər.
İslam Vəqf İdarəsi Sionist rejimin bu barədəki yalan iddialarını rədd edib.
Sionist rejim Beytül Müqəddəsi və Məscidül-Əqsanı işğal altına aldıqdan bəri məscidin ətrafında qazıntı işləri aparmaqla bu müqəddəs məkanı dağıtmağı qarşıya məqsəd qoyub.