Asiya

Pakistan qəzeti “Dawn”: Əfqan qaçqınların Pakistandan geri qayıdışı son həftələrdə kəskin azalıb

Pakistan qəzeti “Dawn”: Əfqan qaçqınların Pakistandan geri qayıdışı son həftələrdə kəskin azalıb

Pakistanın “Dawn” qəzeti Əfqanıstan qaçqınlarının Pakistandan geri qayıdış prosesinin son həftələrdə kəskin azaldığını bildirib. Hazırda gündəlik yalnız 10-15 ailə Əfqanıstana qayıdır.

Qəzetin məlumatına görə, Mordad və Şəhrivar aylarında hər gün yüzlərlə ailə Pakistandan geri qaytarılırdı. Lakin hazırda geri qayıdanların sayı gündə təxminən 100 nəfərə çatır. Halbuki ötən ayın son həftəsinədək bu rəqəm 1 000 nəfərdən çox olub.

“Həmzə Baba” miqrant qeydiyyatı mərkəzinin məsul şəxslərindən biri bildirib ki, geri qayıdan ailələrin əksəriyyəti ailənin kişi başçısı daha əvvəl Pakistandan deportasiya olunan şəxslərə aiddir.