DünyaXƏBƏRLƏR

Pakistan xalqı Misir xalqının kütləvi qırğınını pislədi

Pakistan müsəlmanları bu ölkənin müxtəlif şəhərlərində etiraz yürüşləri keçirərək və Misirin son hadisələrini pisləyərək bu ölkə ordusu tərəfindən Misir vətəndaşlarının qətlə yetirilməsində Vaşinqtonun əsaslı rola malik olduğunu bildiriblər.

Bazar günü gecə axşam namazı qılındıqdan sonra Pakistan İslam Camaatı Partiyasının dəvəti ilə İslamabad, Karaçi və bu ölkənin böyük şəhərlərində Misir xalqına dəstək istiqamətində irimiqyaslı aksiya keçirilib və bu aksiyalarda iştirak edənlər bu ağrılı faciənin baş verməsində ABŞ-ın əsaslı rola malik olduğu bildiriblər.

Pakistan İslam Camaatı partiyasının sədr müavini Ləyaqət Bəluç da Sind vilayətinin mərkəzində Karaçidə aksiyaçılar arasında deyib: Region ölkələri, xüsusilə də Fars körfəzinin ətrafındakı ölkələr Misir xalqına qarşı kütləvi qırğın və cinayətə son qoymaq üçün öz rollarını ifa etməli və bəzi ərəb ölkələrinin hakimləri Misir ordusunu dəstəkləməkdən əl çəkməlidirlər.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı