Türkmənistan prezidenti Aşqabadın daim Xəzər regionunda sülh və sabitliyin himayədarı olduğunu vurğulayaraq, Xəzər məsələlərinin ölkəsi üçün strateji əhəmiyyətə malik olduğunu deyib.
Türkmənistanın dövlət xəbər agentliyinin məlumatına görə, Qurbanqulu Berdi Məmmədov deyib: Türkmənistan daim bütün sahilyanı ölkələrin maraqlarının nəzərə alınması ilə Xəzərlə bağlı bütün məsələlər o cümlədən Xəzərin hüquqi statusunun təyin edilməsi xüsusunda konstruktiv müzakirələrin aparılmasının tərəfdarı olub.
Berdi Məmmədov əlavə edib: Xəzər məsələləri ilə bağlı davamlı olaraq bütün sahilyanı ölkələrin nümayəndələrinin iştirakı ilə müxtəlif səviyyələrdə toplantılar və seminarların keçirilməsi yuxarıda qeyd edilənlərə bir sübutdur.