İraq mənbələri bu ölkənin Dəyalə vilayətində baş vermiş 2 terror aktında 33 nəfərin həlak olduğunu, 49 nəfərin isə yaralandığını bildiriblər.
Bir polis polkovniki və bir həkim bildiriblər ki, Miqdadiyə şəhərində bir terrorçu kamikadze bir şiə üçün təşkil edilmiş yas mərasiminə daxil olaraq, üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə 23 nəfər ölüb, 27 nəfər isə yaralanıb. Hadisə yerli vaxtla saat 22-də baş verib.
Bəqubə şəhərində də şiə sakinli məntəqələrdən birində oxşar hadisə baş verib. Partlayış nəticəsində 10 nəfər ölüb, 22 nəfər isə yaralanıb.