DünyaXƏBƏRLƏR

Kanada xalqı öz hökumətini tənqid atəşinə tutdu

Yeni bir rəy sorğusuna görə, kanadalıların əksəriyyəti hökumətlərinin ABŞ-dan müstəqil öz milli təhlükəsizlik siyasətlərini tənzimləməsini istəyib.

Nyu-York Dövlət Universitetinin əməkdaşlığı ilə Nanos araşdırma müəssisəsinin rəy sorğusuna əsasən, ABŞ və Kanadanın milli təhlükəsizliklə əlaqədar məsələlər barəsindəki əməkdaşlıqların dəstəklənməsi azalmaqdadır. Bu statistikalara görə, kanadalıların əksəriyyəti öz hökumətlərindən ABŞ-dan müstəqil milli təhlükəsizlik siyasətini yürütməsini istəyir.

Kanadalı tarixçi Ceyson Divain deyib: Hökumətlərin bu məsələni əsaslandırmaq üçün göstərdiyi səyin faydası yoxdur və terrorizmə qarşı müharibədə uğursuzluqlar, onun arxasındakı məqsədlər və bu məsələdən çıxan dəhşətli sui-istifadələr barəsində günü-gündən artan ifşaçılıqlar, yaratdıqları müharibələr və bu bəhanə ilə insanların qətlə yetirilməsi və işgəncə olunması, ABŞ-la təhlükəsizlik əməkdaşlıqlarında Kanada hökumətinin siyasətlərinə qarşı olanların sayını artırmaqdadır.

Ceyson Divain söyləyib: NATO dünyanı təhlükəsiz saxlamaq ardınca deyildi. Məqsədi imperializmin avantürasının bir hissəsini öz üzərinə götürmək olmuşdur. ABŞ müharibə üçün milyardlarla dollar xərcləyir. Halbuki bu külli miqdarda vəsaiti təhsil, səhiyyə və infrastruktura sərf edə bilərdi. Lakin onu öz müharibə maşını üçün xərcləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu