Pakistanda NATO alyansının iki maşını yandırılıb

Pakistanda silahlı bir dəstənin üzvləri Əfqanıstanda     NATO hərbçiləri üçün hərbi təchizat daşıyan iki maşını hücuma məruz ediblər.

Frans Press Pakistan polisinə istinadən qeyd edib: Pakistanın cənub qərbində Bəluçestan əyalətinin mərkəzi Kvinə şəhərindən 400 kilometr aralıda Nəsirabad məntəqəsində bu hadisə törədilib.

Daxil olan məlumata əsasən 4 motosikletçi bu iki yük maşının sürücülərindən birini öldürdükdən sonra bu iki maşını yandırıblar. Polisin dediklərinə görə hücumçular bu iki yük maşınını yandırdıqdan sonra hadisə yerini tərk ediblər.

Exit mobile version