Pakistanın Haybar Pakhtun Huvah əyalətində NATO konvoyuna təşkil edilən silahlı hücumda iki sürücü öldürüldü. Hücumda üç adam da yaralandı.
Pakistan təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, Əfqanıstandakı NATO qüvvələrinə vəsait aparan üç yük maşını, Əfqanıstan sərhədinə yaxın Jamrud bölgəsindən keçərkən bir qrup silahlı adamın hücumuna uğradı.
Hücumda, yük maşınlarının alov götürməsiylə iki sürücünün yanaraq həyatını itirdiyi, üç adamın yaralandığı ifadə edildi.
Yaralılar xəstəxanaya sövq edilərkən, hadisə yerindən itən iki adamın qaçırılmış ola biləcəyi ifadə edildi.
Təhlükəsizlik qrupları, qaçan təcavüzkarları tapmaq üçün bölgədə axtarış başlatdı.