Pakistan şiələri bir qrup şiə zəvvarın şəhid edilməsinin ardınca 3 gün ümumi matəm elan ediblər.
Pakistan şiələrinə aid olan Müsəlmanların Vəhdət Məclis Partiyası çərşənbə günü (1 yanvar) bu ölkənin cənub-qərbində yerləşən Bəluçistan əyalətinin mərkəzi Kvetta şəhərinin ətrafında baş vermiş terror partlayışı nəticəsində bir qrup şiə zəvvarın şəhid edilməsinin ardınca üç gün ümumi matəm elan edib.
Pakistan polis rəsmiləri bildiriblər: İranın sərhədində Təftandan Pakistanın cənub-qərbində yerləşən Bəluçistan əyalətinin mərkəzi Kvetta şəhərinə doğru hərəkətdə olan şiə zəvvarlarını daşıyan bir avtobusun yolu üstündə bir bombanın partladılması 3 nəfərin şəhid olması, 31 nəfərin isə yaralanması ilə nəticələnib.