DünyaXƏBƏRLƏR

Pakistanın Karaçi şəhərində terakt

Pakistanın xəbər mənbələri cümə günü səhər polis rəsmilərinə istinadla bildiriblər ki, Pakistanın cənubunda Sind əyalətinin mərkəzində Karaçi şəhərin bomba partlayışı nəticəsində 3 nəfər həlak olub.

 

Səhər telekanalı internet portalının məlumatına görə, Karaçi şəhər polis rəsmiləri bildiriblər: Bu partlayış Karaçinin Landehi prospektində Müzəffərabad bölgəsində törədilib və 5 nəfər də yaralanıb.

 

Şahidlərin sözlərinə görə, partlayıcı maddələr naməlum şəxslər tərəfindən küçənin kənarında bir avtomobildə quraşdırılıbmış və uzaqdan idarə olunma vasitəsi ilə partladılıb.

Bu avtomobilin partlaması nəticəsində hadisə yerindəki bir neçə avtomobilə də xəsarət dəyib və ətraf binaların pəncərələri qırılıb.

 

Karaçi şəhəri son günlər ərzində terror aktları və bir çox partlayışın şahidi olub. Ötən həftə Abbas Taun şiə sakinli bölgədə törədilən terror aktında 48 nəfər həlak olub, 150 nəfər də yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu