Amerikanın Nümayəndələr Palatasının 118 üzvü bu ölkənin prezidentindən istəyiblər ki, Həsən Ruhaninin seçilməsinə görə, İran haqda diplomatik fürsətlərdən daha artıq istifadə etsin.
ABŞ Nümayəndələr Palatasının üzvləri bu haqda Obamaya bir məktub göndərərək, belə bildiriblər: Bu ilk dəfə deyildir ki, İranda mötədil və islahat tərəfdarı olan bir prezident hakimiyyətə gəlir. Buna görə də tarix bizə öyrədibdir ki, istənilən mənalı dəyişikliklər haqda ehtiyatla davranaq.
Bundan öncə də Amerika dövlətinin 29 keçmiş rəsmisi Obamadan istəmişdilər ki, İranla bilavasitə müzakirəyə daxil olsun.