Pakistanın Sind vilayətinin mərkəzində iki partlayışın baş verməsi ardınca bu vilayətdə 3 gün matəm elan olunub.
Pakistanın Müsəlmanların Vəhdəti Məclisi Sünni və Şiə Alimlər Şurası bu terror aktlarını pisləyərək şənbə günündən 3 gün müddətinə Pakistanın cənubunda yerləşən Sind vilayətində matəm elan edib.
Bu gün Pakistanda həmçinin “Etiraz və Yürüş” günü elan olunub.
Karaçi şəhərində Ençuli məntəqəsində iki ardıcıl partlayışda 9 nəfər həlak olub, 40 nəfər də yaralanıb.
Talibanı bu iki partlayışın məsuliyyətini üzərinə götürüb.