İranXƏBƏRLƏR

İranın şimal-qərbində insan qaçaqçılığı ilə məşğul olan iki mafiyanı aşkarlayaraq

İranın hüquq mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı ölkənin şimal-qərb sərhədlərində insan qaçaqçılığı ilə məşğul olan iki mafiyanın məhv olunduğunu deyib.

General-mayor Hüseyn Zülfüqari jurnalistlərə deyib: Ötən bir neçə gündə İranın şimal-qərb sərhədçiləri insan qaçaqçılığı ilə məşğul olan iki mafiyanı aşkarlayaraq dağıdıblar. Bununla əlaqədar 10 qaçaqçı və 28 qeyri-qanuni vətəndaş Maku sərhədindən çıxış zamanı müəyyənləşərək həbs olunublar.

 

Zülfüqari əlavə edib: Bu mafiyalar müxtəlif üsullarla Pakistan və Əfqanıstan vətəndaşlarını şərq sərhədlərindən İrana daxil edib və onları İranın şimal-qərb sərhədlərindən çıxarırmışlar.

İranın hüquq mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı həmçinin ötən 2-3 gün ərzində İranın cənub-şərqində yerləşən Taybadda İran sərhədçiləri ilə qaçaqçılar arasında baş verən toqquşmada 10 qaçaqçının öldürüldüyünü bildirərək deyib: Qaçaqçılardan 137 kiloqram narkotik maddə 5 ədəd Kalaşnikov tipli silah aşkarlanaraq götürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu