Bəhreynin insan haqları mərkəzi bir bəyanat yayaraq siyasi məhbusların, etmədikləri əməlləri etiraf etsinlər deyə, işgəncələrə məruz qalmasından xəbər verib.
Manamanın Səsi internet portalının verdiyi məlumata əsasən bu bəyanatda deyilir: Hakim rejimə bağlı ünsürlər siyasi məhbusları fiziki işgəncələrə məruz qoymaqla yanaşı, onlara qarşı cinsi işgəncələr də tətbiq edirlər.
Bəhreynin insan haqları mərkəzi yaydığı bəyanatda həmçinin bildirir ki, Ali-Xəlifə rejiminə bağlı ünsürlər istintaq zamanı siyasi məhbusları, etmədikləri əməllərlə bağlı etiraf almaq üçün, ana və bacılarını həbs etmək və gözləri önündə onlara təcavüz etməklə hədələyirlər.
Bəhreynin insan haqları mərkəzi siyasi məhbusların hansı metodlarla işgəncələrə məruz edilməsi barədə yaydığı bəyanatın davamında bildirir ki, kar etmək məqsədilə siyasi məhbusların qulaqlarına ucu iti əşyanın soxulması və xüsusi alət vasitəsilə məhbusların dərisini soymaq ən geniş yayılmış işgəncə vasitələrindən sayılır.
Bəhreyn xalqı 2011-ci ilin Fevralından ölkədəki siyasi, ictimai və iqtisadi vəziyyətə etiraz olaraq hakim rejimə qarşı qiyama başlayıb və Ali-Xəlifə rejimi indiyə kimi xalqın sivil etiraz aksiyalarını susdurmaq üçün heç bir cinayətdən çəkinməyib.
