Pakistan baş nazirinin ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarının dayandırılması vacibliyini vurğulamsına rəğmən, medialar Vaşinqtonun Vəzirestana qarşı son hücumu zamanı yeddi nəfərin həlak olmasından xəbər veriblər.
ABŞ-ın bir pilotsuz təyyarəsi dünən gecə Pakistanın şimal-qərbində yerləşən Şimali Vəzirestan əyalətinin Miranşah şəhərindəki bir əraziyə iki raket atıb. Nəticədə yeddi nəfər həlak olub.
Bu hücum bu kimi hücumları ölkəsinin hakimiyyətinin pozulması kimi dəyərləndirən Nəvaz Şərifin Pakistanın yeni baş naziri kimi and içməsindən iki gün sonra baş verib.