Almaniyanın xarici işlər naziri- Gido Vestrule şənbə günü türk həmkarı ilə görüşdən sonra deyib ki, Türkiyə ilə çəkişmələr inkarolunmazdır.
Almaniya və Türkiyə xarici işlər nazirlərinin görüşü Almaniyanın Türkiyənin Avropa Birliyinə üzvlüyünə meylsiz olması və Berlinin aksiyaçılara divan tutmasına görə Ankaranı tənqid etməsi üstündəki bəhslər əsnasında həyata keçirilib.
Almaniya və Türkiyə cümə günü əvəzçıxma hərəkətlərində bir-birilərinin səfirlərini çağırtdırıblar. Bu hərəkət Almaniyanın kansleri- Angela Merkelin Ankaranın aksiyaçılara reaksiya verməsindən nigaran olduğunu bildirməsindən sonra həyata keçirildi. Bir türkiyəli nazir də Merkeli bu ölkənin Avropa Birliyinə qoşulması üzrə səylər yolunda maneələr törətməkdə ittiham etdi. Həmçinin minlərlə nəfər Almaniyanın Köln şəhərində aksiya keçirərək, Türkiyənin baş nazirinin istefa verməsini istədi.