Mənsur Həqiqətpur: Azərbaycan Respublikası əcnəbilərdən silah alarkən onlara Qarabağı azad etmək üçün ermənilərə qarşı istifadə etməyəcəyi haqda zəmanət verir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr əvəzi deyib: Ərdəbil, Təbriz, Urmiya və Zəncanın qeyrətli gəncləri azəri rəsmilərin muzdursayağı rəftarlarını qətiyyətli formada cavablandırmağa və Qacar zamanı İranın yağmalanmış şəhərlərini geri almağa öz hazırlıqlarını elan etməyə hazırdırlar.
Mənsur Həqiqətpur deyib: 17 Qafqaz şəhərinin o cümlədən Azərbaycan Respublikasının ölkəmizə birləşdirilməsi istiqamətində bir cərəyan başladılıb ki, ümidvaram xalqın iştirakı və beynəlxalq qurumların himayəsi ilə bu iş gerçəkləşsin.
M.Həqiqətpur İranın xarici siyasət üzrə məsul şəxslərinə xitabən Bakının addımlarına rəsmi reaksiyalarla bağlı deyib: Haqq layiq olduğu formada öz yerini tapmayıb və Azərbaycan rəsmilərinin bəzi cəfəng çıxışlarına ciddi reaksiya verilməyib.
Şimal-qərb nümayəndələri assambleyasının sədri Azərbaycan Respublikasında pərdə arxasında Amerika və İsrail rejiminin əməkdaşlığı ilə bəzi hərəkətlərin həyata keçirilməsinə işarə edərək, deyib: Bu əcnəbi rejimlər Azərbaycan rəsmilərinə gülürlər və onları, bu ölkənin ermənilər tərəfindən işğal edilmiş 20% torpaqlarını azad edə bilməyəcək qədər zəif görürlər.
Mənsur Həqiqətpur əlavə edib: Onların cürəti o qədər aşağıdır ki, hətta əcnəbilərdən silah aldıqları zaman belə, onlara bu silahlardan Qarabağın azad edilməsi üçün ermənilərə qarşı istifadə etməyəcəkləri haqda zəmanət verirlər.
M.Həqiqətpur İranın Azərbaycan ilə əlaqələrini zəif və orta səviyyədən daha aşağı adlandırıb və deyib: Onlar hər gün əlaqələrin daha da azaldılmasına fikirləşirlər. Və İrandan qorxduqları üçün İran ilə viza rejiminin ləğv edilməsində hiyləgərliyə və riyakarlığa üz tutdular.