AsyaDünyaİraqXƏBƏRLƏR

İraqın Əl-Ənbar böhranının siyasi yolla həllinə səy göstərilir

İraqın Fəllucə şəhəri böhranına siyasi yolla son qoymaq üzrə müzakirələr bu ölkə ordusunun həmin şəhəri yaraqlı ünsürlərdən təmizləmək üzrə öz hərtərəfli hücumunu dayandırmasına səbəb olub.

Röyters-in məlumatına görə, yerli və hərbi iraqlı rəsmilər deyiblər: Əl-Ənbar vilayətindəki Fəllucə şəhərinin böhranına son qoymaq üzrə dinc məqsədli səylərin göstərildiyi zamanadək bu şəhərin ətrafında yerləşən İraq ordusunun qüvvələri həmin şəhərə hücum etməyəcəklər.
“İraq-Şam İslam Dövləti” adlı terrorçu qrup yanvarın əvvələrində Fəllucə şəhərinin hamısı və Əl-Ənbar vilayətinin mərkəzi olan Əl-Rəmadi şəhərinin bəzi hissələrini öz nəzarəti altına alıb.
Əl-Ənbar vilayətindəki səhiyyə rəsmiləri deyiblər ki, Fəllucə və Əl-Rəmadi şəhərlərində böhran başlanandan bəri azı altmış mülki və qəbiləvi qüvvə öldürülübdür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu