Yəmənlilər ABŞ əleyhinə aksiya təşkil edərək, pilotsuz təyyarələrdən sivil insanlara qarşı istifadəni pisləyiblər.
Rusiya əl-Yəum bildirir ki, yüzlərlə yəmənli ABŞ ordusunun Yəmən xalqına qarşı pilotsuz təyyarələrdən istifadə etməsinə etiraz olaraq aksiya təşkil edib.
Ölkənin cənub vilayətlərində təşkil edilən etiraz aksiyasının iştirakçıları Yəmənin cənubunda ABŞ-ın terrorizm adlandırdığı məsələnin ümumiyyətlə mövcud olmadığını bildirərək, bu hücumları insan haqlarına təcavüz adlandırıblar.
ABŞ əl-Qaidə ilə mübarizə bəhanəsi ilə Yəmənin cənubunda yaşayış məntəqələrini bombalayaraq, sivil insanları hədəfə alır.