Dünya

Politico: Tramp C.D. Vensi İranla aparılan danışıqlardan kənarlaşdırmaq qərarı verdi

Politico: Tramp C.D. Vensi İranla aparılan danışıqlardan kənarlaşdırmaq qərarı verdi

Politico nəşri Donald Trampın ABŞ vitse-prezidenti C.D. Vensi İranla aparılan danışıqlardan kənarlaşdırdığını yazıb.

Nəşrin məlumatına görə, bu qərar C.D. Vensin ötən həftə keçirilmiş aralıq seçkilərində Respublikaçılar Partiyasının ağır məğlubiyyətini İranla uzunmüddətli müharibə ilə əlaqələndirməsindən sonra qəbul edilib.

Trampın “Truth Social” platformasındakı paylaşımından sonra Ağ Ev və vitse-prezidentin ofisi açıqlama ilə bağlı müraciətlərə cavab verməyib.