AsyaDünyaFələstinXƏBƏRLƏR

Netanyahu: Anlaşmanın imzalanması İsrailin rəsmən tanınmasını tələb edir

Sionist İsrail rejiminin baş naziri bildirib ki, Fələstin Özünüidarə Təşkilatı ilə istənilən anlaşmanı imzalanması İsrailin rəsmən tanınmasını tələb etməlidir.

Qüdsnet xəbər portalı bu gün sionist rejim baş naziri Benyamin Netanyahuya istinadən bildirib: Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas yaxşı bilir ki, İsrailin rəsmən tanınmaması ilə heç bir anlaşma imzalanmayacaq.
Netanyahu bildirib ki, hər bir müzakirədə imtiyaz verilməlidir və saziş müzakirələrində Özünüidarə Təşkilatının qəbul etməli olduğu imtiyazlardan biri yəhudi bir ölkəsi olaraq İsrailin rəsmən tanınmasıdır.
ABŞ dövlət katibi Con Kerri Fələstin Özünüidarə Təşkilatı və sionist rejimi saziş anlaşmasını imzalamağa məcbur etmək üçün bir layihə təklif edib. Bu layihədə İsrailin yəhudi ölkəsi olaraq rəsmən tanınması, Şərqi Qüdsün bir hissəsində gələcək Fələstinin paytaxtının yaradılması və sionist sakinli qəsəbələrin boşaldılmaması nəzərdə tutulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu