Prezident Ruhani Nyu-Yorka gedir

İran İslam Respublikası prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 66-cı iclasında iştirak məqsədilə sentyabrın 22-də Nyu-Yorka səfər edəcək.

BMT Baş Assambleyasının açılış mərasimində iştirak Həsən Ruhaninin Nyu-Yorkda iştirak edəcəyi ilk proqram olacaq.

O, BMT Baş Assambleyasında çıxış edəcək ölkə başçılarından olacaq.

Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri qarşısında da çıxış edəcək.

Mahmud Əhmədinejadın prezidentliyi dövründə İran BMT Baş Assambleyasının bütün iclaslarında prezident səviyyəsində iştirak edib.

Exit mobile version