Ərəb Liqasının baş katibi-Nəbil Əl-Ərəbi və İslam Əməkdaşlığı Təşkilatının baş katibi- Əkmələddin Ehsanoğlu müştərək bir bəyanatda səadətli Fitir bayramı tətillərində kobudluqların bütün formalarının dayandırılması və atəşkəsin qurulmasını istəyiblər.
Bəyanatın davamında deyilir: Belə bir atəşkəs Suriya xalqına bu fürsəti verir ki, bu mühüm dini münasibəti əziz tutsun və onun ayinlərini sülh və təhlükəsizlikdə icra etsin.
Ərəb Liqası və İslam Əməkdaşlığı Təşkilatı həmçinin atəşkəsin qurulmasının Suriyada kobudluq dəymiş nöqtələrə yardım göstərən humanitar orqanların tapşırığını asanlaşdırdığına işarə edərək, bütün regional və qlobal tərəflərdən istəyiblər ki, bu xahişi himayə etsinlər.
Digər təşkilat və ölkələr də Mübarək Ramazan ayında Suriyada atəşkəsin qurulmasını istəmişdilər.
