Putin bir daha Ukrayna ordusunun əməliyyatının dayandırılmasını istəyib

Kreml bir bəyanatda bildirib ki, Rusiya prezidenti- Vladimir Putin Avropa Komissiyasının sədri- Xose Manuel Barosso ilə telefon danışığında Ukraynanın bu ölkənin cənub-şərqindəki əməliyyatının dayandırılması vacibliyini vurğulayıb.

Rusiya prezidenti həmçinin Ukraynanın Rusiyaya olan qaz borcları məsələsinə toxunub.
Razılaşdırılıb ki, Avropa Birliyi ilə Ukrayna arasında ticarət müqaviləsinin hazırlanması və imzalanması sahəsində ekspertlər və nazirlər səviyyəsində məsləhətləşmələr aparılsın.
Kreml cümə günü bildirib ki, iki Ukrayna tankı Rusiya sərhədinə soxularaq, bu ölkəyə daxil olub, lakin Rusiyanın sərhəd patrul qüvvələri onları təqib ediblər.
Ukraynanın daxili işlər naziri cümə günü bildirib ki, bu ölkə ordusu ilə qondarma Donetsk Respublikasının separatçı qüvvələri arasındakı döyüşdə separatçı qüvvələrdən üç nəfər öldürülüb və on yeddi nəfər də ağır şəkldə yaralanıbdır.
Ukraynanın cənub-şərqində yerləşən Donetsk və Luqansk məntəqələri mayın 11-də öz istiqlaliyyətlərini elan ediblər.

↑
Exit mobile version