AsyaSuriyaXƏBƏRLƏR

Putin: Suriyada xarici hərbi müdaxilə qəbuledilməzdir

Rusiya prezidenti- Vladimir Putin Suriyaya hərbi müdaxilənin nəticələri haqda xəbərdarlıq edərək bildirib ki, Suriyaya xarici hərbi müdaxilə qəbuledilməzdir və xarici oyunçular belə hərəkətlərdən çəkinməlidirlər.

Putin müxbirlərlə müsahibədə deyib: Rusiya ondan nigarandır ki, xarici hərbi müdaxilə Suriya hökumətinin devrilməsi ilə nəticələnsin və o zaman təbii sərvətlərin əldə olunması istiqamətində bu ölkədə yaşayan tayfalar arasında geniş mübarizə baş versin.
O, misal olaraq, Qəzzafi rejiminin devrilməsindən sonra Liviyada yaranmış vəziyyətə işarə və əlavə edib: Liviyada təbii resurslara nail olmaq üçün qəbilələr arasında silahlı münaqişələr gedir və heç kəs bu ölkəni hansı gələcəyin gözlədiyini bilmir.
Rusiya prezidenti deyib: Olduqca nigaranıq ki, əgər bu minvalla Suriyada hərəkət etsək, bu ölkədə Liviyanın durumuna oxşar bir vəziyyət yaranacaq.
O, əlavə edib: Sizcə, regionda terror fəaliyyətləri ocağına çevrilmiş Əfqanıstan ilə Pakistan arasında nəzarət olunmayan və döyüşçülərin bazalarından başqa onun idarəsi üçün heç bir digər bir şeyin mövcud olmadığı ərazilər azdırmı? Yəni biz bunu istəyirik?
Rusiya prezidenti bu ökənin Suriya qarşısındakı siyasəti barədə deyib: Görün, regiona hansı bir vəziyyət hakim kəsilib; Misir siyasi gərginliyə düçar olub; İraq dincliyə malik deyil və onun ərazi bütövlüyünün qorunmasına heç bir əminlik yoxdur; Yəmən gərgindir; bütövlükdə region silahlı münaqişələr və çaxnaşmalara düçar olub və Suriyanın da bu vəziyyətə düşməsini istəyirlər.
O, əlavə edib: Regionun məzhəbi özəllikləri və ənənələr tarixinə diqqət yetirmədən heç bir iş görülməməli, xüsusən məntəqə ölkələrinin daxili işlərinə müdaxilə olunmamalıdır.
Rusiya prezidenti ümidvarlıq edib ki, Təhlükəsizlik Şurasına üzv və Suriyaya qonşu ölkələrin əməkdaşlığı ilə bu ölkənin məsələləri üçün həll yolunun tapılmasından ötrü bir fürsət yaranacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu