AfrikaSuriyaXƏBƏRLƏR

Qərzavi nə vaxt mühakimə olunacaq?

“Əlmesri-əl-Yəum” qəzetinin yazarı, Sələfi-Təkfiri şeyx və Qətərin Əl-Cəzirə telekanalının müftisi Yusif Qərzavinin Misir və Livan Hizbullahı barədəki mövqelərini kəskin tənqid edib.

Ərəbistanlı yazar və teleaparıcı Nadin Əl-Bədir bir məqalədə belə yazıb: çox varlı olan şeyx indiyədək Fars körfəzinin sahilyanı bəzi Ərəb başçılarını himayə etməklə məşğul olub və düşüncəsiz insanları cəzb etməkdə xüsusi istedada malikdir; elə insanlar ki, yel hara əsdi ora əsirlər və mürşidləri olan Qərzavinin riyakar göz yaşları ilə nələr ki etmirlər.
Bu şeyx bu gün “qanuni” hökumətlə müxalifətin haram olmasına dair fitva verir hal bu ki, onun özü qanuniliyin düşmənidir və fitvalarında nə qanun, nə insanlıq nə də səmavi təlimlərdən heç bir əsər-əlamət yoxdur.
Xamilyon sifət şeyx son vaxtlar deyib ki, Ərəbistan alimləri ondan daha ağıllıdırlar. Vaxtı ilə Ərəbistan alimlərini tənqid edən şeyx Qərzavi, Qətərlə Ərəbistan arasındakı əlaqələr yaxşılaşdıqda, Ərəbistana münasibətini düzəltdi.
Əl-Misri-əl-Yəum qəzeti yazır: özü şeytan simvolu olan bu şeyx, Hizbullahı, şeytan hizbi adlandırır və deyir ki, Şeytan hizbi sünnilərin qanını tökür, bu şeyx Hizbullah barədə fikrini dəyişməsini əsaslandırmaq üçün deyir ki, onun vaxtı ilə Hizbullah və İranı dəstəkləməsi məzhəblərin yaxınlaşması məqsədini güdürmüş.
Bu gün Suriyada vəhhabi terrorçuları təhrik edərək günahsız insanların qırğınına səbəb olan Şeyx Qərzavi sadəcə özünün ağalarının istəyi əsasında davranır.
Bu şeyxin fitvaları nəticəsində region gəncləri aldanır və minlərlə adam şeyxin batil fitvalarının icrası üçün Suriyaya gedir. Bütün bunları nəzərə alaraq görəsən şeytan olan və islamın imicinə zərbə vuran şəxs kimdir?
Şeyx Qərzavi vaxtı ilə Hizbullahı dəstəkləyirdi, amma qəfildən mövqeyini dəyişdi və ona qarşı çıxdı. Bir dəfə də Qodsa səfərin haram olmasına dair fitva verərək dedi ki, İslam peyğəmbəri(s.ə) həyatda olsaydı NATO ilə koalisiya yaradardı.
Bizim saqqallı şeyximiz Misir inqilabı zamanı, hökmrana qarşı çıxmağın haram olduğunu demişdi və indi Mursi hakimiyyətinin mənafeyinin təmini üçün Misirdə vətəndaş müharibəsinin baş verməsi təhlükəsinə heç bir önəm vermir, etirazçı əhaliyə qarşı çıxır. Lakin onun sözləri təsirsiz olacaq və kimsə onu dinləməyəcək.
İstər şiə olsun istərsə də sünni, elə bir günü gözləməlidirlər ki, Qərzavi qan tökülmələrdə əli olduğuna görə, eləcə də məzhəblər arasında ixtilaf saldığına, ölkəyə xəyanət etdiyinə, xalq arasında nifrət yaratdığına görə mühakimə olunmalıdır.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu