İraqXƏBƏRLƏR

Qətər əmiri terrorçuları öz qanadı altına alır

İraq parlamentində “Qanun Dövləti” koalisiyası Qətər əmirinin İraq və Suriyadakı terror qruplarını himayəsinin sübutu üçün dəlillərin toplanmasını istəyib.

“Kull-ul-İraq” xəbər agentliyinin məlumatına görə, İraq parlamentində “Qanun Dövləti” koalisiyasının nümayəndəsi- Məhəmməd Əl-Səyhud bu gün Suriya və İraqdakı əmin-amansızlıqlara işarə edərək, deyib: Qətər əmiri- Həməd Bin Xəlifə Ali-Saninin İraq və Suriyadakı terror qruplarını himayəsini sübut edən dəlillər toplanmalıdır.
Əl-Səyhud əlavə edib: Region əhalisi bu gün İraq və Suriyada günahsız insanların qırğın olunmalarının şahididir və qiyamçı qruplar soyuqqanlılıqla xalqı qırmağa üz tutublar ki, bu məsələ terrorçuların silahlandırılmaları, təlim görmələri, maddi və mənəvi himayəsindən söz açır.
İraq məclisinin üzvü söyləyib: Terrorçular məntəqəni dağıtmaqdadırlar və onlar, o sıradan xalqlara divan tutulması üzrə bir vasitə və regionda terrorizmin himayəçisi olan ən güclü şəxsiyyətlərdən biri kimi tanınan Qətərin əmiri bu əmin-amansızlıqlarda məsuliyyət daşıyırlar.
Əl-Səyhud Qətər əmirinin məntəqədəki çaxnaşmalarda əlinin olmasının sübutu üçün faktların toplanmasını istəyənlərin dəstəklənməsini istəyib və deyib ki, Qətər əmiri kimi şəxslər həbs və beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar.
İraq məclisinin üzvü bildirib ki, bu istək bütün region dövlətlərinə irəli sürülür ki, qatillər, terrorçular və onların himayəçiləri məhv olsunlar və məntəqə dincliyə çatsın.
Qətər dəfələrlə Suriyadakı terrorçuları himayə etdiyini bildirib və nəzarətçilər bu qənaətdədirlər ki, İraq və Suriyadakı terrorizm Qətər, Ərəbistan, Türkiyə kimi bəzi ölkələr və sionist rejimin himayəsinə malikdir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı