DünyaSuriyaXƏBƏRLƏR

Terrorçuların Suriyaya göndərilməsinə dair səylər davam edir

Qərb və Ərəb ölkələri Suriyaya terrorçu göndərməkdə davam edirlər.

Ərəb və Qərb dövlətləri Suriyada ” İraq və Şamın islami dövləti” adlandırılan terrorçu qrupa qatılmaq üçün hər ay 75 millətdən olan 700 muzdlu terrorçunu Suriyaya göndərirlər. Bu rəqəm Suriyadakı başqa terror dəstələri o cümlədən ( Ənnüsrə Cəbhəsi)-nə qatılmaq üçün bu ölkəyə göndərilən muzdlulara şamil olmur.
İngiltərədə çıxan Sandey tayms qəzeti isə Səudiyyə Ərəbistanının Suriyadakı İordaniyalı yaraqlılara dəstək verdiyini bildirərək yazıb: Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Bəndər Bin Sultan Amerikanın Suriyada hərbi müdaxiləsinə ümidini itirdikdən sonra, bu ölkədə yerləşən silahlı terrorçuları himayə edir.
Suriyadan əldə olunan başqa məlumata görə, Suriya ordusunun qüvvələri bu ölkənin Ədləb, Hələb və Dəra kimi müxtəlif bölgələrində çoxlu sayda terrorçunu məhv ediblər.
Türkiyənin istehsalı olan raket yükündən ibarət 3 yük maşını da Suriyanın qərbində Laziqiyyə ərazilərində Suriya ordusu tərəfindən hədəfə alınıb və bu əməliyyatda da bir neçə terrorçu öldürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu