AsyaDünyaİraqTürkiyəXƏBƏRLƏR

Türkiyənin İraq daxili işlərinə müdaxiləsi tənqid edilib

İraqın qanun hökuməti kovalisiyası Türkiyə baş nazirinin İraqın daxili işlərində müdaxiləsini tənqid atəşinə tutub.

Kürdpressin cümə günü (7 mart) verdiyi məlumata əsasən, İraq parlamentində qanun hökuməti kovalisiyası nümayəndəsi Məhəmməd Sədun Əl-Səhyud deyib: Türkiyə baş naziri Rəcəb Təyib Ərdoğan İraqın daxili işlərinə müdaxiləilə, Kürdüsatn məntəqəsi rəsmilərinin özbaşına siyasət yürütmələrinə və İraqdakı böhranının gərginləşməsinə zəmin yaradıb.
Məhəmməd Sədun Əl-Səhyud təkidlə bildirib ki, Türkiyə baş naziri Rəcəb Təyib Ərdoğan İraq daxili işlərinə müdaxilə etməklə əslində bu ölkə konstitusiyasını pozur. Buna əsasən, İraq parlament nümayəndələri də onun müdaxilə xarakterli siyasətləri qarşısında tədbirlər həyata keçirməlidirlər.
İraq parlamentinin üzvü deyib: Rəsmi Bağdadın Kürdüsatn məntəqəsi ilə əlaqəsi siyasi iştirak əsasındadır lakin İraq kürd rəsmiləri Kürdüstan məntəqəsindən nefti icazasiz şəkildə ixrac etmək ilə əslində İraq konstitusiyasını və siyasi iştirk üzrə qanunları pozurlar.
İraq Kürdüstan məntəqəsinin yerli İdarəsi 2007-ci ildən indiyədək Bağdad mərkəzi hökumətinin icazəsi olmadan neftın çıxarılması üzrə onlarla xarici şirkərkətlə müqavilə bağlayıb ki, İraq rəsmilərinin dediklərinə əsasən, bu məsələ ölkə konstitusiyasının pozulması və vətəndaşların mənafeyinin ayaq altına alınması kimidəyərləndirilir.
İraq konstitusiyasına əsasən, neft satışından əldə edilən gəlirlər Bağdad mərkəzi fonduna tökülməlidir və büdcə çərçivəsində ölkənin müxtəlif vilayətləri və Kürdüstan məntəqəsinin ixtiyarına verilməlidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu